Hindistan İranla ticarəti azaltmağa hazırlaşır

16:44 14.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Tehranla iş görən ölkələrə əlavə 25 faiz tarif tətbiq etməsindən sonra Hindistan İranla ticarəti azaltmağa hazırlaşır.

Hafta.az xəbər verir ki, bununla bağlı ölkə mətbuatı hökumət mənbələrinə istinadən yazır. 

Bildirilir ki,  Nyu-Dehli cari maliyyə ilinin sonuna qədər, yəni 31 martda başa çatana qədər İranla ticarəti azaldacaq. Nəşrin mənbələri qeyd ediblər ki, bu addımın səbəbi "xarici iqtisadi amillər"dir.