Hindistan Çinlə mübahisəli sərhəddə hava limanını gücləndirir

09:26 14.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Müdafiə Nazirliyi silahlı qüvvələr üçün hava limanına iki milyard rupi (24 milyon dollar) sərmayə qoyaraq Çinlə mübahisəli sərhədində müdafiəni gücləndirməyə başlayıb.

Hafta.az-ın DPA-ya istinadən yazdığına görə, nazirlik Hindistanın 2021-ci ildən bəri sərhəddə 295 infrastruktur layihəsinə təxminən 80 milyard rupi sərmayə qoyduğunu bildirib.

Dünyada ən çox əhalinin yaşadığı iki ölkə olan Çin və Hindistan Tibetin cənubunda və Hindistanın şərqində yerləşən torpaqlar uğrunda rəqabət aparır. Təxminən üç il əvvəl sərhəddə baş vermiş qanlı toqquşmadan sonra nüvə silahına malik iki qonşu arasında münasibətlər xüsusilə gərginləşib.