Hindistanda illərdir davam edən mübahisələrdən sonra sökülən Babri məscidinin yerində inşa edilən Rama məbədi gələn ilin əvvəlində istifadəyə veriləcək.
Hafta.az-ın Euronews-a istinadən yazdığına görə, bildirilib ki, Uttar Pradeş ştatının Ayodhya şəhərində Rama məbədinin birinci mərhələsi dekabrda başa çatacaq.
Hindular bölgənin "Allah Rama"nın doğulduğu yer və müsəlman moğolların 1528-ci ildə Babri məscidini tikməsindən çox əvvəl onlar üçün müqəddəs olduğunu deyirlər.
Hinduların və müsəlmanların iddia etdiyi “müqəddəs bölgə” ətrafında şiddətli mübahisələr gedirdi.
Hindu ultramillətçi qrup 1992-ci ildə məscidi dağıdıb, ölkədə əksəriyyəti müsəlman olmaqla 2 minə yaxın insanın ölümünə səbəb olan iğtişaşlar yaradıb.
Hindistanın Ali Məhkəməsi 2019-cu ildə hinduların lehinə qərar çıxararaq, əraziyə sahiblik haqqını hindulara verib.
Baş nazir Narendra Modi də 5 avqust 2020-ci ildə mübahisəli hindu məbədinin təməlqoyma mərasimində iştirak edib.
30 sentyabr 2020-ci ildə məhkəmə 1992-ci ildə Babri məscidinin sökülməsi ilə bağlı müxtəlif cinayətlərə görə mühakimə olunan hakim Bharatiya Janata Partiyasının (BJP) yüksək vəzifəli şəxsləri də daxil olmaqla, 32 nəfərə bəraət hökmü çıxarıb.
2021-ci ildə sökülən Babri məscidinin yerindən təxminən 25 kilometr aralıda yerləşən Dhannipur kəndində yeni məscidin təməli qoyulub. Məscidin tikintisini həyata keçirmək üçün Hind-İslam Mədəniyyəti Fondu (IICF) fond yaradılıb.