Husilər İsrail paytaxtına zərbə endiriblər

14:31 29.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yəmənin üsyançı "Ənsar Allah" qruplaşmasından olan husilər İsrailin paytaxtı Təl-Əvivdə bir neçə hədəfə hipersəsli ballistik raketlə zərbə endiriblər.

Hafta.az "Al Masirah" telekanalına istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bildirib:

"Yəmən silahlı qüvvələri Təl-Əvivdə bir neçə mühüm hədəfə hücum etmək üçün "Fələstin-2" hipersəsli ballistik raketdən istifadə edərək hərbi əməliyyat keçiriblər. Əməliyyat məqsədlərinə uğurla nail olunub".