Keçmiş məhkumdan tapança götürüldü

23:51 13.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları əldə edilən məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

 

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, nəticədə üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakıxanov qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əsgərov saxlanılıb.

 

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.