Yazını böyüt
Yazını kiçilt
“Real Madrid” klubunun futbolçusu Kərim Benzema üçün La Liqanın 32-ci turunda “Sevilya” ilə matç (2:3) əlamətdar olub.
Hafta.az xəbər verir ki, 34 yaşlı hücumçu sözügedən görüşün 90+2-ci dəqiqəsində fərqlənib. Bununla da o, Madrid təmsilçisinin heyətində La Liqada 217-ci qolunu vurub. Benzema belə nəticə ilə Alfredo di Stefanonu geridə qoyaraq klubun oyunçuları arasında yerli çempionatda ən çox qol vuran 3-cü futbolçu olub.
Bu göstərici üzrə rekord Kriştiano Ronaldoya məxsusdur - 311 qol. İkinci yerdə isə 228 qolla Rauldur.