Kolleclərə qeydiyyat müddəti UZADILDI

17:42 09.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi 10 oktyabr saat 18:00-dək uzadılıb.

Hafta.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Namizədlər portal.edu.az üzərindən "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.