Yazını böyüt
Yazını kiçilt
Kolumbiya prezidenti Qustavo Petro bütün İsrail diplomatlarını ölkəsindən qovacaqlarını açıqlayıb.
Hafta.az xəbər verir ki, Q.Petro bu barədə "X" hesabında yazıb. O, bu qərarı İsrailin Qlobal Sumud Flotillasına hücumundan sonra verib.
Kolumbiya lideri yazıb:
"Əgər əlimizdə olan məlumat doğrudursa, bu, İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən törədilmiş növbəti beynəlxalq cinayət olardı. İsraillə azad ticarət müqaviləsi dərhal ləğv ediləcək. İsrailin Kolumbiyadakı bütün diplomatik missiyası ölkədən çıxarılacaq".
Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 15 gəmisini ələ keçirib.