Komandanın sahibi oyunçuları diz çökdürüb, üzr istəməyə məcbur etdi

10:20 16.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"San Pablo Burgos"un prezidenti Sanço aşağı liqaya düşdüyü matçdan sonra bütün oyunçularını meydanda diz çökdürərək azarkeşlərdən üzr istəyib.

Hafta.az xəbər verir ki, son iki ildə FİBA Çempionlar Liqasının qalibi olan və bu mövsüm İspaniya 1-ci Liqasında sonuncu yeri tutaraq aşağı liqaya düşən San Pablo Burqosun öz meydanında 83-66 hesabı ilə məğlub olduğu matçdan sonra maraqlı hadisə yaşanıb.

“San Pablo Burgos” klubunun sahibi və prezidenti Feliks Sanço məğlubiyyətdən sonra oyunçularını zorla diz çökdürərək azarkeşlərdən üzr istəyib. Meydançaya daxil olaraq ilk olaraq diz çökən Sanço futbolçularına acıqla qışqıraraq diz çökmələrini istəyib.

Sançonun bu davranışı müxtəlif şərhlərə səbəb olub. Komandanın baş məşqçisi Pedro Martinez: "Yaxşı peşəkar itirdiyi xal zamanı heç kimdən üzr istəməməlidir" deyib “Monako”nun ulduzu Mayk Ceyms “Heç kim məni diz çökdürə bilməz” şərhini verib.

Oxunma sayı 46