Koreya səfiri BDU-nun rektoru ilə səfirlikdə görüş keçirib

09:00 15.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koreya Respublikasının ölkəmizdəki səfiri Kanq Kımqu Səfirlikdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevlə görüş keçirib.

Hafta.az-ın yazdığına görə, görüşdə Koreya səfirliyi ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq imkanlarını müzakirə edilib.

Xüsusilə,  Koreya hökuməti tərəfindən 2008-ci ildə BDU-da qurulmuş Koreya–Azərbaycan İnformasiya Mərkəzinin yenidən təşkili və Koreya ilə Azərbaycan universitetləri arasında mübadilə əlaqələrinin aktivləşdirilməsi barədə razılığa gəlinib.