Yazını böyüt
Yazını kiçilt
COVİD-19 virusu ilə mübarizə aparmaq üçün 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.
Hafta.az-ın məlumatına görə, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.
Nazir bildirib:
"Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək".
B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir.