Yazını böyüt
Yazını kiçilt
Kürdəmir rayonu ərazisində avtomobil yanıb.
Hadisə gecə saat 01 radələrində Bakı-Qazax yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “BMW” markalı 90 ED 530 nömrə nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən yoldan çıxıb, bir neçə yüz metr torpaq sahə ilə getdikdən sonra alışıb. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan sürücü avtomobildə yanaraq ölüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Cəsəd avtomobildən çıxarılaraq müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.