Rusiyanın avtomobil nəhəngi “Lada” yeni “X-Cross 5”in satışının tezliklə başlayacağını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Sankt-Peterburqdakı keçmiş Nissan avtomobil zavodunda iyunun 17-də istehsalına başlanan model üçün öncədən sifarişlər alınmağa başlayıb. Tezliklə ölkə üzrə “Lada” dilerlərində də satışa çıxarılacaq.
Ön təkərli “Lada X-Cross 5” 1,5 litrlik 160 at gücündə turbo mühərrikə, yeddi pilləli qoşa muftalı robot sürət qutusu və ya 6 pilləli mexaniki sürət qutusuna malikdir.
Onun əsas prototipi Çin avtomobil markası “FAW Bestune T77” əsasında hazırlanıb.
Avtomobilin uzunluğu 4 metr 52,5 santimetrdir. Təkər bazası 2,7 metr, eni 1 metr 84,5 santimetr, hündürlüyü isə 1 metr 61,5 santimetrdir.
Ön təkərli krossover iki versiyada satışa çıxarılacaq.
AvtoVAZ-ın prezidenti Maksim Sokolovun sözlərinə görə, yeni modelin ölkə üzrə satışı bu ilin payızında başlayacaq.
“Lada X-Cross 5”in gözlənilən qiyməti 2,5 milyon rubl təşkil edir.