Macarıstan Prezidenti səfirliyimizə qarşı hücumu qınayıb

20:58 28.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Macarıstan Prezidenti Katalin Novak İranın paytaxtında Azərbaycanın bu ölkədəki səfirliyinə qarşı törədilən hücumu qətiyyətlə pisləyib.

Hafta.az xəbər verir ki, Macarıstanın dövlət başçısı tvitter mikrobloqunda bütün Azərbaycana, o cümlədən dəhşətli terror aktı nəticəsində diplomatik missiyanın həlak olan əməkdaşının ailəsinə başsağlığı verib.

Xatrıladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Hazırda hadisənin istintaqı aparılır.

Oxunma sayı 342
Siyasət rubrikasından digər xəbərlər