Magic Conson da indi milyarderdir

11:10 04.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfsanəvi basketbolçu Magic Consonun milyarder olduğu bildirilir.

Hafta.az-ın “Forbes”ə istinadən yazdığına görə, 64 yaşlı təcrübəli basketbolçunun 1,2 milyard dollar sərvətinin olduğu açıqlanıb. Bildirilib ki, Consonun sərvətinin böyük hissəsi Ayova ştatında səhiyyə xidməti göstərən EquiTrust-dan gəlir. Basketbolçu bu şirkətin səhmlərinin 60 faizini 2015-ci ildə alıb. Şirkətin illik gəliri təxminən 2,6 milyard dollardır.

Basketbolçu eyni zamanda NBA-nın qadınlar liqasında WNBA, Amerika Milli Beysbol Liqasında (MBL) Los Anceles Dodgers və Amerika Milli Futbol Liqasında Los Anceles Futbol Klubunun komandalarından biri olan Los Angeles Sparks-ın səhmdarıdır.

13 mövsüm NBA-da oynayan Consonun, həmçinin Los Anceles, Atlanta, Hyuston və Nyu York kimi şəhərlərdə əsasən qaradərililərin yaşadığı bölgələrdə açılan “Starbucks franchise” və fərqli kinoteatrlarda payları var.

“Forbes”in məlumatına görə, Conson NBA əfsanələri Maykl Cordan, LeBron Ceyms və məşhur qolfçu Tiger Vudsdan sonra milyarderlər kateqoriyasına daxil olan dördüncü idmançıdır.