Maliyyələşmə üzrə növbəti səsvermə sabah keçiriləcək

08:00 02.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da hökumətin maliyyələşdirilməsini nəzərdə tutan layihə üzrə növbəti səsvermə oktyabrın 3-də keçiriləcək.

Hafta.az xəbər verir ki, bugünkü səsvermə uğursuz olduqdan sonra Senat yəhudi üzvlərin Yom-Küppür bayramını qeyd edə bilmələri üçün bir günlük fasilə elan edib.

Qanunvericilər cümə və şənbə günləri səsverməyə qayıtmağı düşünürlər.

Səsvermə uğursuz olarsa, senatorlar bazar ertəsi, oktyabrın 6-sı toplanmağı planlaşdırırlar.