Marqara keçid məntəqəsi yenidən açılır

14:23 19.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə tərəfi "Alican" sərhəd-keçid məntəqəsini təmir edir. Ermənistan tərəfində isə Marqara keçid məntəqəsi yenidən açılır.

Hafta.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan jurnalistlərlə söhbətində bildirib.

"2022-ci ildən bəri sərhədin üçüncü ölkələr və diplomatik pasportlara malik şəxslər üçün açıq olması barədə razılıq əldə edilib", - deyə Rubinyan bildirib.