Martın 20-dən 24-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

11:55 19.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə hafta.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.