Moldova Prezidenti Maya Sandunun təsis etdiyi Fəaliyyət və Həmrəylik Partiyası (PDS) 28 sentyabr seçkisinin nəticələrinə görə deputat mandatlarının bölüşdürülməsindən sonra parlamentdə çoxluğu qoruya bilər.
Hafta.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının protokolların 99.52%-nin hesablanmasından sonrakı ilkin məlumatlarından bəlli olur. Belə ki, PDS səslərin 50.03%-ni, Vətənpərvər blok - 24.26%, "Alternativ" partiyalar bloku - 7.99%, Bizim Partiya - 6.21%, Evdə Demokratiya Partiyası isə 5.63% səs toplayıb.
Qeyd edək ki, Moldova ərazisində seçkidə müxalifət üstünlük qazanıb. Burada PDS 44.13% səs toplayıb, parlamentə keçən müxalifət partiyaları isə ümumilikdə 49.54% səs alıb. "Vətənpərvər" blok - 28.25%, "Alternativ" partiyalar bloku - 9.22%, Bizim Partiya - 6.35%, Evdə Demokratiya Partiyası isə 5.72% səs qazanıb.