Dünya İslam Birliyinin ("Rabitə") baş katibi Şeyx Məhəmməd əl-İsa, Məkkədəki ofisində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hüseyn İbrahim Taha və İƏT Beynəlxalq İslam Fiqh Akademiyasının baş katibi, professor Kutub Sano ilə görüşüb.
Hafta.az-ın Aawsat-a istinadən yazdığına görə, görüş zamanı Məhəmməd əl-İsa İƏT ölkələri tərəfindən dini, təhsil və mədəniyyət müəssisələrində istifadə üçün “Məkkə bəyannaməsi”nin qəbul edilməsini yüksək qiymətləndirib. Bildirib ki, bəyannamə müasir dövrümüzdə bütün müsəlman alim və müftiləri tərəfindən təsdiq edilmiş ən mühüm İslam sənədi hesab olunur.
İƏT baş katibi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz tərəfindən dəstəklənən və vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə irəli sürülən tarixi Məkkə Bəyannaməsini yüksək qiymətləndirib.
Məkkə bəyannaməsi məzmunu Asiya, Afrika və ABŞ-da dini kurikulumlara və imamların hazırlanmasına uyğunlaşdırıldıqdan sonra İslam ölkələrinin böyük diqqətini çəkib.
Məhəmməd əl-İsa daha sonra "Rabitə"nin dəvəti ilə Səudiyyə Ərəbistanına səfər edən Bosniya və Herseqovinanın baş müftisi Şeyx Hüseyn Kavazoviçlə görüşüb.