Məktəbəhazırlıq qruplarına qəbul zamanı bu uşaqlara üstünlük veriləcək

17:16 18.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun hansı prioritetlər nəzərə alınmaqla aparıldığı açıqlanıb. 

 

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:

 

- Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar; 

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər; 

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar. 

 

Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda isə 

 

- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər; 

- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.

Sosial rubrikasından digər xəbərlər