Yazını böyüt
Yazını kiçilt
Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, sentyabrın 29-da saat 9 radələrində Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində Masallı rayon sakini Ş.Dadaşov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarından keçən su kanalına aşırıb. Nəticədə sərnişini olan həmyerlisi Emin Əlibəyli hadisə yerində ölüb, özü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.