Merkel Ukraynaya hazırlaşması üçün vaxt qazandırdı - Rolf Nikel

18:18 07.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya Federal Hökumətinin Silahlara Nəzarət üzrə keçmiş komissarı Rolf Nikel Almaniyanın keçmiş kansleri Angela Merkeli 2014-15-ci illərdə Donbasdakı münaqişəni dinc danışıqlar yolu ilə həll etmək cəhdlərinə görə tərifləyib.

Nikel Der Spiegel-ə verdiyi müsahibədə Merkelin Ukraynanın yenidən silahlanması və güclənməsi üçün vaxt qazandığını bildirib.

"Almaniya hökuməti böyük müharibəyə çevrilmək təhlükəsi yaradan münaqişəni cilovlamağa çalışırdı. Ukrayna rəhbərliyi isə onun müharibəyə hazır olmadığını açıq şəkildə bildirdi. Onlara buna hazırlaşmaq üçün vaxt verilməli idi", - keçmiş alman rəsmi bildirib.

Nikel gələcəkdə NATO ilə Rusiya arasında müharibə variantını rədd etmir.

"Bu, bu gün və ya sabah olmayacaq, amma çox şey müharibənin necə bitməsindən asılı olacaq. Ukrayna uduzsa, Rusiya ilə Qərb arasında birbaşa hərbi qarşıdurma riski artacaq", - o deyib.