Mərkəzi Bankda 74 valyuta hərracı keçirilib

12:58 26.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların təşkili davam etdirilib.

Hafta.az Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalına istinadla xəbər verir ki, hesabat dövründə Mərkəzi Bankda ümumilikdə 74 valyuta hərracı keçirilib. Hərraclarda ARDNF-in 3 milyard 857,7 milyon ABŞ dolları məbləğində vəsaiti satılıb. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub və 835,2 milyon ABŞ dolları təşkil edib.

Oxunma sayı 2638