Metroda doğulan uşağa bu ad veriləcək

16:34 08.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan uşağa Cəsur adı veriləcək.

Hafta.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında körpənin nənəsi deyib.

O qeyd edib ki, uşağın anasını səhər həkim yoxlanışına aparırmış:

“Yolda ağrıları oldu. Sağ olsunlar hamı kömək etdi, vətəndaşlar da, işçilər də. Hər ikisinin vəziyyəti yaxşıdır. Nəvəm oğlandır. Adını Cəsur qoymaq istəyirik”.

Bildirilib ki, bu, ananın 2-ci hamiləliyi olub.