Meyvə-tərəvəz istehsalçılarına şad xəbər: RUSİYA İDXAL VERGİSİNİ LƏĞV EDƏ BİLƏR

10:40 04.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada iqtisadi çətinliklərlə üzləşən pərakəndə satış sektoru bəzi idxal məhsullarından vergilərin götürülməsini tələb edir.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına  görə, Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasından Kənd Təsərrüfatı Nazirliyinə göndərilən məktubda bəzi tərəvəz və meyvələrin, dəniz məhsulları, qoz-fındıq, zeytun yağı, zeytun, qəhvə və bəzi digər məhsullara qoyulan verginin qaldırılması tələb olunur. 

Ekspertlər deyirlər ki, bu addım sayəsində inflyasiyanın qarşısını almaq olar. Yerli istehsalçılar isə sözügedən məhsulların idxal rüsumundan azad olunmasının öz fəaliyyətlərinə zərər verəcəyindən narahatdırlar.

Qeyd edək ki, bu gün bu məhsullara görə 3-15 faiz idxal vergisi tutulur.

"X5 Group", "Magnit", "Lenta" və "Auchan" kimi pərakəndə nəhənglərin üzv olduğu Pərakəndə Ticarət Şirkətləri Birliyi 1 oktyabr 2022-ci il ilə 31 mart 2023-cü il tarixləri arasında bu məhsullar üçün idxal vergisinin qaldırılmasını istəyir.

Oxunma sayı 1438