Mikayıl Cabbarov moldovalı nazirlə görüşüb

14:25 02.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spınu ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin "Facebook" hesabında məlumat verilib. Görüşdə Azərbaycan və Moldova arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Qeyd edək ki, görüş moldovalı nazirin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Oxunma sayı 218