Yazını böyüt
Yazını kiçilt
Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə Milli Qəhrəmanın qardaşı məlumat verib.
Şəhidimizin atası bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun bu gün günorta saatlarında vəfat etdiyi vurğulanıb.