Millimiz Belarusla Serbiyada qarşılaşacaq

14:40 28.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 6-da Belarus və Azərbaycan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqası matçının məkanı müəyyənləşib.

 

Hafta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, C Liqasında III qrupun II tur qarşılaşması Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

Qeyd edək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.