Milyoner 10 milyonluq tarixi əsəri yandırmaqda ittiham olunur

19:13 28.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Amerikalı milyonçu Martin Mobarak Frida Kahlonun "Fantasmones Siniestros" rəsminin orijinalını yandırmaqda şübhəli bilinir, Hafta.az NY Post-a istinadla bildirir.

İyul ayında şübhəli şəxs sosial şəbəkədə qonaqların iştirakı ilə Kahlonun bir stəkan spirtdə çəkdiyi rəsmə od vurduğu bir video yayımlayıb. Beləliklə, Mobarak rəsmin rəqəmsal unikal NFT nüsxələrinin satışını stimullaşdırmaq istəyib.

"Ümid edirəm ki, burada hər kəs bu jesti başa düşə və onda müsbət bir şey görə bilər" deyib Mobarak.

Sahibkar NFT layihəsinin bir hissəsi olaraq rəsmin 10.000 unikal nüsxəsini satmağı planlaşdırıb. Mobarak, beləliklə alınan vəsaitin xeyriyyəçilik işlərinə və mədəniyyət qurumlarına, xüsusən də Meksikanın Koyoakan şəhərindəki Frida Kahlo Ev Muzeyinə dəstək üçün gedəcəyini iddia edib. İndi hüquq-mühafizə orqanları işi yoxlayır.

Oxunma sayı 1954