Minifutbol üzrə Azərbaycan millisi Misiri məğlub edib

20:00 29.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, Elşad Quliyevin komandası ikinci turda bu gün Misirlə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.

Azərbaycan millisinin qollarını Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar. Bu qələbə ilə Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazanıb.

İlk oyunda İraqı 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi oktyabrın 31-də Küveytlə qarşılaşacaq.