Minifutbol yığmamız bürünc medal uğrunda yarışacaq

23:00 03.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, yığma yarımfinalda Qazaxıstanla qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Elşad Quliyevin başçılıq etdiyi komandadan hər iki qolu Eşqin Tağıyev vurub.

Bu nəticədən sonra Qazaxıstan yığması finala yüksəlib. Azərbaycan millisi isə bürünc medal uğrunda mübarizə aparacaq.