Misir Prezidentinin Azərbaycana səfəri başa çatıb

14:59 28.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan Respublikasına səfəri yanvarın 28-də başa çatıb.

Hafta.az xəbər verir ki, Azərbaycanın və Misirin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Oxunma sayı 71
Siyasət rubrikasından digər xəbərlər