Misirin hüquq-müdafiə təşkilatı dünən bildirib ki, Misir hakimiyyəti dekabrda keçiriləcək seçkilərdə hazırkı prezident Əbdülfəttah əs-Sisiyə rəqib olacaq Əhməd ət-Təntaviyi dəstəkləyən 73 nəfəri həbs edib.
Hafta.az-ın yazdığına görə, “Şəxsi Hüquqlar üzrə Misir Təşəbbüsü” qrupu bildirib ki, saxlanılan şəxslər prezidentliyə namizəd Əhməd əl-Təntavi üçün işləyən könüllülərdir. Əl-Təntavinin həbsdə olan onlarla tərəfdarı “terrorçu qrupa üzv olmaq” və “yalan xəbər yaymaq” kimi müxtəlif ittihamlarla üzləşib.
Misir Seçki Qurumunun prezidenti Valid Həmzə verdiyi açıqlamada "Dekabrda üç günlük prezident seçkisinin keçiriləcəyi və nəticənin Sisinin xeyrinə olacağı gözlənilir" deyib.
Əl-Tantavi Sisiyə qarşı namizədliyini elan edən kiçik siyasətçilərdən sadəcə biridir. May ayında Livandan Misirə qayıdan keçmiş deputat Sisi administrasiyasına “demokratik alternativ” təqdim etmək istədiyini deyir.
Əl-Təntavi daha əvvəl demişdi ki, Misir təhlükəsizlik qüvvələri onun kampaniya komandasına və ailəsinə təzyiqlər edib. O, dəfələrlə bildirib ki, şəxsi mobil telefonları və digər ağıllı cihazları casus proqramlar vasitəsilə hədəf alınıb.
Misirin ən oturuşmuş partiyalarından olan “Vafd”ın sədri Əbdülsənad Yamama, Liberal Dustur Partiyasının sədri Cəmilə İsmayıl və Sosial Demokrat Partiyasının sədri Fərid Zəhran da namizədliyini açıqlayan digər isimlərdir.