Rusiya mətbuatında “Rusiyalaşmış və ya Rusiyada yığılmış "Çin Sehol A5 avtomobili" kimi qələmə verilən "Moskviç" markalı avtomobillərin yeni modeli "Moskvic 6"nın kütləvi istehsalı Moskvada təşkil edilən mərasimlə başlayıb.
Hafta.az-ın yazdığına görə, Moskva meri Sergey Sobyanin və “Kamaz” şirkətinin baş meneceri Sergey Koqoqin “Moskviç” avtomobil zavodunda yeni avtomobil modellərinin seriyalı yığılmasına başlayıblar.
Bir illik işdən sonra bu gün zavodda 26 min avtomobil istehsal edilə biləcəyini deyən Sobyanin, "Moskviç"in "ayağa qalxdığını" söyləyib. Çinlə əməkdaşlıq nəticəsində birinci mərhələdə montajla istehsala başlanılıb.
Moskva meri vurğuladı ki, avtomobillərin detallarının yerli istehsalı artırılmalıdır.
Yeni avtomobilin oktyabrın sonunda satışa çıxarılacağı gözlənilir.
Maşının satış qiyməti hələlik məlum deyil.