Münaqişə zəminində qonşusuna xəsarət yetirən Bərdə rayon sakini saxlanılıb

16:49 07.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusuna xəsarət yetirməkdə şübhəli bilinən Bərdə rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində sakin Y.Kərimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu A.Əliyevə topuq nahiyəsinə xəsarət yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.