Murmansk yaxınlığında Mi-8 helikopteri qəzaya uğrayıb

19:17 28.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Murmansk yaxınlığında Mi-8 helikopteri qəzaya uğrayıb, insident nəticəsində bir neçə nəfər xəsarət alıb. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, vertolyot Lavozero ərazisi yaxınlığında qəzaya uğrayıb.
Göyərtədə səkkiz nəfər olub. Ən azı dörd nəfər yaralanıb.

Helikopter mülki uçuş həyata keçirirmiş. Agentliyin mənbəsi qeyd edib ki, pilot xətası və avadanlıqların nasazlığı fövqəladə vəziyyətin versiyaları hesab olunur.