Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in baş çavuşu

16:15 23.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Həsənov Tofiq Etibar oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, T. Həsənov 1989-cu ildə Gədəbəy rayonunun Cəfərli kəndində doğulub.

O, sentyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.