Nazir müavini Astara rayonunda vətəndaşlarla görüşüb - FOTO

14:45 08.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Astarada rayon sakinlərini qəbul edib. Nazirliyin səlahiyyət dairəsinə aid vətəndaş müraciətləri dinlənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, müraciətlərdə əksini tapan məsələlər yerində araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.

Qəbuldan əvvəl həm bu, həm də qəbula yazılmaq qaydaları barədə müvafiq məlumatlandırma aparılıb.