Sanksiyaya məruz qalan rus zənginləri “təhlükəsiz sığınacaq” kimi öz ölkələrinə pul köçürməyə davam edir.
Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, rusiyalı milyarderlər sanksiyalardan sonra Avropa ölkələrindən Rusiyaya ən azı 50 milyard dollar dəyərində aktiv köçürüb.
“Bloomberg” xəbərləri İqor Şilov və Mark Kurtsepə məxsus United Medical Group CY Plc və MD Medical Group Investments Plc şirkətlərinin Cənubi Kiprdən köçürmələrinin ardından rus milyarderlərin Avropadan ölkələrinə köçürdükləri toplam aktivlərin 50 milyard dollara çatdığını iddia edib. Qeyd olunur ki, bunun əsas səbəbi Rusiyanın sanksiyalardan sonra ikiqat vergidən yayınma müqaviləsini dondurmasıdır.
Rusiya İqtisadiyyat nazirinin müavini İlya Torosov 2023-cü ildə yerli ofşor ərazilərə 115 şirkətin köçdüyünü və beləliklə, bu şirkətlərin sayının 254-ə yüksəldiyini açıqlayıb.
Digər tərəfdən, Rusiyanın bəzi iri xammal və texnologiya şirkətlərinin hələ də Avropada qeydiyyatdan keçdiyi bildirilir.