Ordumuzun atəşi ilə Ermənistan hərbçisinin yaralanması barədə məlumat yalandır - MN

15:20 19.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib.

“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - MN-dən bildirilib.

Siyasət rubrikasından digər xəbərlər