Ötən ay təmir olunan yol çökdü

11:25 12.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda yol növbəti dəfə çöküb.

 

Hafta.az xəbər verir ki, şəhərin Kamran Hüseynov üçəsində avtomobil yolu iki yerdən çöküb.

 

Ətraf hissələrdə iri çatlar əmələ gəlib. Çatların bir hissəsi yol kənarındakı yaşayış evlərinə qədər çatıb. Sakinlər problemin köklü şəkildə həllini tələb edir.

 

Qeyd edək ki, həmin yol ötən ay da çökmüşdü.modern