Yazını böyüt
Yazını kiçilt
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 34 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 5 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.