Ötən il 4559 nəfər əlilliyi olan şəxs müxtəlif işlərə cəlb olunub

12:39 08.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il 4559 nəfər əlilliyi olan şəxs müxtəlif işlərə cəlb olunub.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Ötən il ərzində 2750 nəfər əlilliyi olan şəxs işlə təmin edilib. Bundan əlavə, 2020-ci il ərzində 1809 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Xatırladaq ki, ötən il nazirlik 11344 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.