Özünü güllələyən məmurla bağlı cinayət işi açıldı

13:05 24.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerik Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.

Rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

 Xatırladaq ki, rayon sakini 1977-ci il təvəllüdlü Qalib Quliyev aprelin 23-də saat 12 radələrində özünü ov tüfəngi ilə güllələyib. Onun meyiti evinin yaxınlığında güllələnmiş vəziyyətdə tapılıb.