Pakistanda “qırmızı göz” xəstəliyi epidemiyaya çevrilir

10:20 29.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın müxtəlif bölgələrində yoluxucu “qırmızı göz” xəstəliyindən əziyyət çəkənlərin sayı artır. Pəncab Səhiyyə Nazirliyinin paylaşdığı məlumatlara görə, sentyabrda yoluxucu göz iltihabı xəstəliyinə yoluxanların sayı 86133 nəfərə çatıb.

Hafta.az-ın "Dawn" qəzetinə istinadən yazdığına görə, son bir həftədə Pəncabda 40 mindən çox yeni fakt qeydə alınıb.

Pəncabın müvəqqəti hökumətinin baş naziri Möhsün Rza Nəkvi xəstəlik səbəbindən özəl və dövlət məktəblərində təhsilin dayandırıldığını bildirib.

Digər tərəfdən, Heybər Paxtunxva əyalətində "qırmızı göz" xəstəliyindən əziyyət çəkənlərin sayı 16 nəfər olaraq açıqlanıb.

Səhiyyə mütəxəssisləri "qırmızı göz" xəstəliyinin zavodlar, ticarət mərkəzləri, bazar və meydanlar kimi qələbəlik mühitlərdə və əhalinin sıx olduğu şəhərlərdə sürətlə yayıldığına dair xəbərdarlıq edib. Hər il “qırmızı göz” xəstəliyinə yoluxma hallarının artdığını, lakin bu il epidemiyanın intensivliyinin daha çox olduğunu bildirən ekspertlər vətəndaşları ehtiyat tədbirlərinə əməl etməyə çağırıblar.

Mütəxəssislər “qırmızı göz” xəstəliyindən əziyyət çəkən insanlara qara eynək taxmağı tövsiyə edərək, yoluxan insanların çarpayılarını və istifadə etdikləri əşyaları bir-birindən ayırmalı olduqlarını vurğulayıblar.

Oxunma sayı 245