Dünyanın ən mühüm su yollarından olan Panama kanalında 2024-cü il ərzində tranzit məhdudiyyəti tətbiq olunacaq.
Hafta.az-ın yazdığına görə, bu ildən kanalda tətbiq olunmağa başlanan məhdudiyyətin məqsədi quraqlıq səbəbindən kanalda suyun səviyyəsini tənzimləməkdir. Bu səbəbdən dünya ticarətinin yüzdə beşinin həyata keçirildiyi kanalın girişində gəmi növbələri yaranıb. Panama Kanalı rəsmiləri qeyd ediblər ki, bu həftə gözləyən gəmilərin sayı keçən həftə ilə müqayisədə 20 faiz azalıb. Bundan əlavə, cari mövsümlə müqayisədə hazırda gəmilərin hərəkətinin normal səviyyədə olduğu qeyd edilib.
Milyonlarla dollar dəyərində mal daşıdığı düşünülən 200-dən çox gəmi quraqlıq məhdudiyyəti səbəbindən Panama kanalının hər iki tərəfində qapalı qalıb.
Sentyabrın 2-dək kanalda keçidlərin sayı 32 ilə məhdudlaşdırılmışdı.
Qapalı qalan gəmilər ölkənin təxminən 200 milyon dollar gəlir itirməsinə səbəb olub.
Gəmilər 20 gündən çox gözləyiblər.