Paralimpiya Komitəsi bir sıra ölkələrin qurumları ilə memorandum imzalayıb

15:10 22.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun Syerra-Leoneyə səfəri çərçivəsində bu ölkənin, eləcə də Qvineya və Liberiya Paralimpiya Komitələrinin rəhbər heyəti ilə görüşü baş tutub.

Komitədən hafta.az-a verilən məlumata görə, görüş iştirakçıları Milli Paralimpiya Komitələrinin fəaliyyətləri, ölkələrində idmanın inkişafı haqqında məlumat vermişlər, gələcək əməkdaşlıq mövzusunda geniş müzakirələr etmişlər.

Komitə prezidenti İlqar Rəhimov milli paralimpiya komitələrinin davamlı inkişafını təmin etmək məqsədilə digər dövlətlərin paralimpiya komitələri, müvafiq dövlət qurumları, eyni zamanda beynəlxalq təşkilatlarla sıx əlaqədə olmalırını tövsiyə etmişdir.

Eyni zamanda tədbirdə görmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi, Liberiya və Qvineyanın da tezliklə IBSA üzv olmaları müzakirə edilmişdir.

Daha sonra Azərbaycan, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya Komitələri arasında anlaşma memorandum imzalanmışdır. Memorandum tərəflər arasında qarşılıqlı əməkdaşlığı və təcrübə mübadiləsini əhatə edir.

Görüşdə Syerra-Leone Olimpiya Komitəsinin, idman federasiyalarının nümayəndələri, eləcə də tanınmış idmançılar da iştirak etmişlər.

Oxunma sayı 40