Yazını böyüt
Yazını kiçilt
Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina etdiyini açıqlayıb. Hafta.az xəbər verir ki, o, bu barədə mətbuat konfransı zamanı bildirib.
“Hesab edirəm ki, burada anlaşılmazlıq var, çünki Ermənistan Müdafiə Nazirliyi artıq KTMT-nin Birgə Qərargahına yazılı şəkildə məlumat verib ki, hazırkı vəziyyətdə Ermənistanda təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu təlimlər ən azı bu il Ermənistanda baş tutmayacaq”, - Ermənistanın baş naziri bildirib.