Paytaxtda bəzi avtomagistrallarda sürət həddi endirilib

10:00 23.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - hava limanı - Mərdəkan və Zığ-Beton yolu - hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən hafta.az-a bildirilib ki, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Sürücülərə diqqətli olmaları, yağışlı hava şəraitini nəzərə almaları və sürət həddini aşmamaları tövsiyə edilir.

Sosial rubrikasından digər xəbərlər